Biləsuvar Gənclər Evinin təşəbbüsü və təşkilatçılığı ilə müəllimlər arasında 5 Oktyabr - Müəllimlər Gününə həsr olunmuş intellektual yarış yekunlaşıb.
"Report"un Muğan bürosunun məlumatına görə, Biləsuvar Gənclər evinin direktoru Vəkil Cəfərli açılış nitqi ilə çıxış edərək Beynəlxalq Müəllimlər Günü münasibətilə bütün müəllimləri təbrik edib və müəllimliyin nə qədər əziyyətli, eyni zamanda şərəfli peşə olduğunu bildirərək onlara gələcək şəxsi və akademik həyatlarında uğurlar arzulayıb.
Tədbirdə digər çıxış edənlər müəllimləri əlamətdar gün münasibətilə təbrik edib, müəllim adının ucalığından, hər kəsin təlim-tərbiyəsində müəllimlərin böyük rolundan bəhs ediblər.
İntellektual yarışın sonunda qaliblər Biləsuvar Gənclər evinin diplomları və hədiyyələrlə təltif ediliblər.