Bərdə və Ağcabədidə təhsilverənlərin sertifikatlaşdırılması üçün imtahan keçirilib

Bərdə və Ağcabədidə təhsilverənlərin sertifikatlaşdırılması üçün imtahan keçirilib İyunun 21-də Qarabağ Regional Təhsil İdarəsinə tabeliyində olan təhsil müəssisələri üzrə təhsilverənlərin sertifikatlaşdırılması üçün imtahan prosesi keçirilib.
Elm və təhsil
21 İyun , 2023 15:42
Bərdə və Ağcabədidə təhsilverənlərin sertifikatlaşdırılması üçün imtahan keçirilib

İyunun 21-də Qarabağ Regional Təhsil İdarəsinə tabeliyində olan təhsil müəssisələri üzrə təhsilverənlərin sertifikatlaşdırılması üçün imtahan prosesi keçirilib.

“Report”un Qarabağ bürosunun verdiyi məlumata görə, proses Ağcabədi şəhər 11 və Bərdə şəhər N.Nərimanov adına 3 nömrəli tam orta məktəblər üzrə təyin olunmuş mərkəzlərdə baş tutub.

İdarənin müdiri Gündüz Əbdülov bildirib ki, iyun ayının 20-24-ü arasında sertifikatlaşdırma prosesinin test imtahan mərhələsi həyata keçirilir: “Ötən gün artıq biz ilk günü birlikdə yaşadıq. Artıq prosesin ikinci günüdür. Dünənki müşahidələrimizdə müəllimlərimizin yüksək əhval-ruhiyyəsi bizi çox sevindirir. Bu da prosesdə çox önəmli bir məsələdir. Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində olan təhsil müəssisələrindən 20-24 tarixləri arasında ümumilikdə 4 500 nəfərin imtahanlara cəlb olunması gözlənilir. İştirakçılar imtahanı bitirdikdən sonra, imtahan verdiyi kompüterin ekranında dərhal öz nəticələrini görür. Bu, tam şəffaf şəkildə təmin olunub”.

Son xəbərlər

Orphus sistemi