Bakı. 24 dekabr. REPORT.AZ/ Azərbaycan Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən "Media və təhsil dialoqu" mövzusunda konfransda media ilə yaxşı işləyən bir neçə mətbuat xidmətinin rəhbərləri diplomla təltif olunub. "Report" xəbər verir ki, təhsil nazirinin müavini Ceyhun Bayramovun imzası olan diplomla təltif olunanlar sırasında təhsil sahəsində həyata keçirilən islahatların ictimaiyyətə daha dolğun çatdırılması və media ilə fəal əməkdaşlığa görə Bakı Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova da olub.
Qeyd edək ki, nazirliyin “Universitet saytları: Hörümçək torunda haradasınız?” mövzusundakı təqdimatında ali məktəblərin veb-resursları və virtual aləmdəki fəaliyyəti ilə bağlı aparılan monitorinq iştirakçılara təqdim edilib və hər iki kateqoriya üzrə ilk yer Bakı Dövlət Universitetinin payına düşüb.