BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin adı dəyişdirilir

BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin adı dəyişdirilir Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsinin adının dəyişdirilərək İnformasiya və sənəd menecmenti fakültəsi adlandırılması təklif olunur.
Elm və təhsil
18 Yanvar , 2023 18:12
BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin adı dəyişdirilir

Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsinin adının dəyişdirilərək İnformasiya və sənəd menecmenti fakültəsi adlandırılması təklif olunur.

"Report" xəbər verir ki, bununla bağlı məsələ bu gün BDU Elmi Şurasının iclasında müzakirəyə çıxarılıb və qərar qəbul olunub.

Bundan əlavə, kafedraların adlarının da fakültənin yeni adına və tədris aparılacaq ixtisaslara uyğunlaşdırılması qərara alınıb. Belə ki, struktur islahatlarına əsasən, Biblioqrafiyaşünaslıq kafedrası Sənəd menecmenti, Kitabxana resursları və informasiya axtarış sistemləri kafedrası Kitabxana-informasiya resurslarının idarə olunması, Kitabşünaslıq və nəşriyyat işi kafedrası Redaksiya-nəşriyyat işi kafedrası adlandırılacaq. Kitabxanaşünaslıq kafedrasının adı isə olduğu kimi saxlanılıb.

Son xəbərlər

Orphus sistemi