Bakıda “Bir Peşənin Sirri” festivalı keçirilib

Bakıda “Bir Peşənin Sirri” festivalı keçirilib Bakıda “Bir Peşənin Sirri” Festivalı keçirilib.
Elm və təhsil
10 İyun , 2023 11:32
Bakıda “Bir Peşənin Sirri” festivalı keçirilib

Bu gün Bakıda “Bir Peşənin Sirri” adlı festival keçirilib.

“Report” xəbər verir ki, tədbir Elm və Təhsil Nazirliyinin, nazirlik yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin, Avropa İttifaqının və BMT-nin İnkişaf Proqramının dəstəyi ilə Dənizkənarı Milli Parkda baş tutub.

Festivalda dövlət rəsmiləri, həmçinin diplomatik korpus nümayəndələri iştirak edib. Tədbir çərçivəsində peşə təhsili müəssisələrinin iştirakı ilə tələbələrin əl işlərindən ibarət sərgilər və ustad dərsləri təşkil ediləcək.

Tədbirin açılışında çıxış edən Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru vəzifəsini müvəqqəti icra edən, direktor müavini Ceyhun Kərəmov bildirib ki, festivalda 15-ə yaxın peşə təhsil mərkəzi iştirak edir: “Əsas məqsədimiz peşə təhsili mərkəzləri haqqında şagird və valideynlərə məlumat verməkdir. Valideynlərin uşaqların peşə seçimində rolu böyükdür. Onlara səslənirəm ki, uşaqları üçün düzgün peşə seçsinlər”.

Son xəbərlər

Orphus sistemi