Azərbaycanda Beynəlxalq Təhsil İmkanları Forumu keçirilir - YENİLƏNİB

Azərbaycanda Beynəlxalq Təhsil İmkanları Forumu keçirilir - YENİLƏNİB Azərbaycanda Beynəlxalq Təhsil İmkanları Forumu keçirilir.
Elm və təhsil
26 Dekabr , 2023 12:37
Azərbaycanda Beynəlxalq Təhsil İmkanları Forumu keçirilir - YENİLƏNİB

Azərbaycanda Beynəlxalq Təhsil İmkanları Forumu keçirilir.

“Report”un xəbərinə görə, tədbirdə dövlət qurumlarının nümayəndələri, yerli ali təhsil müəssisələrinin rəhbər şəxsləri, təhsil işçiləri, beynəlxalq ekspertlər və əcnəbi tələbələr iştirak ediblər.

Forumun keçirilməsində məqsəd hər ilin sonu yerli ali təhsil müəssisələri ilə keçirilən ənənəvi görüşün daha produktiv modelinə keçid, 2023-2024-cü tədris ili üzrə əcnəbilərin Azərbaycanda təhsilinə dair hesabatın təqdim olunması, universitetlərin beynəlmiləlləşmə sahəsində inkişafını müzakirə etmək, eləcə də 2023-cü ildə əcnəbilərlə iş sahəsində fərqlənən universitetləri rəğbətləndirməkdir.

Tədbirdə “Əcnəbi vətəndaşların cəlbinin təşviqi və təşkili” və “Beynəlxalq reytinq cədvəllərində iştirak və proqramların akkreditasiyası” mövzuları üzrə panel müzakirələri keçirilib.

11:17

Bakıda Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanda Beynəlxalq Təhsil İmkanları Forumu keçirilir.

"Report” xəbər verir ki, tədbiri Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin (EATDA) direktoru Ülkər Səttarova açaraq bu gün ölkədə 9 900 əcnəbi tələbənin təhsil aldığını bildirib.

Onun sözlərinə görə, tədbirdə 120 nəfər aparıcı mütəxəssis iştirak edir: "Bundan başqa, 18 ali təhsil müəssisəsində oxuyan əcnəbi tələbələr də foruma qatılıblar. Əcnəbi tələbələrin qəbulunun elektronlaşdırılması, onların qarşılaşdığı problemlər əsas mövzulardır".

Son xəbərlər

Orphus sistemi