Bağçalara qeydiyyatdan keçən valideyn və uşaqların sayı açıqlanıb

Elm və təhsil
  • 18 iyul, 2022
  • 16:06
Bağçalara qeydiyyatdan keçən valideyn və uşaqların sayı açıqlanıb

Məktəbəqədər qəbulla bağlı ilk dəfə tətbiq olunan elektron sistem vasitəsilə saat 18.30-a qədər 5740 valideyn, 4255 uşaq qeydiyyatdan keçib.

"Report" xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib.

Proses 14 sentyabradək davam edəcək.

44 - Tezliklə