Azərbaycanlı şagirdlər ABŞ-da beynəlxalq olimpiadada qızıl və gümüş medallar qazanıblar

Azərbaycanlı şagirdlər ABŞ-da beynəlxalq olimpiadada qızıl və gümüş medallar qazanıblar ABŞ-ın nüfuzlu təhsil ocaqlarından biri olan Yale Universitetində keçililən "The World Scholar's Cup" beynəlxalq bilik olimpiadasında iştirak edən Oksbric Akademiyasının azərbaycanlı şagirdləri 2 qızıl, 15 gümüş medal qazanıb.
Elm və təhsil
9 Noyabr , 2023 19:40
Azərbaycanlı şagirdlər ABŞ-da beynəlxalq olimpiadada qızıl və gümüş medallar qazanıblar

ABŞ-ın nüfuzlu təhsil ocaqlarından biri olan Yale Universitetində keçirilən "The World Scholar's Cup" beynəlxalq bilik olimpiadasında iştirak edən Oksbric Akademiyasının azərbaycanlı şagirdləri 2 qızıl, 15 gümüş medal qazanıb.

"Report"un ABŞ bürosu xəbər verir ki, 40-dan çox ölkədən istedadlı şagirdlərin qatıldığı yarışın illik çempionlar turnesinin mükafatlandırma mərasimi universitetin "Woolsey Hall" auditoriyasında baş tutub.

Gərgin bilik yarışında həmyerlilərimiz Məryəm Məmmadova və Rəsul Qədimxanlı həm qızıl, həm də gümüş medal, Abbas Mazanlı, Maqsud Məmmədov, İslam Əfəndiyev və Kamal Zülfüqarlı isə gümüş medal qazanblar.

Azərbaycan bayrağını səhnəyə həmyerlimiz A.Mazanlı gətirib. Şagirdlərin uğurları hər kəs tərəfindən alqışlarla qarşılanıb.

Qeyd edək ki, beynəlxalq yarışda Azərbaycan nümayəndə heyəti üç məktəbdən ibarət (Avropa Azərbaycan Məktəbi, Heydər Əliyev adına Müasir Təhsil Kompleksi (MTK) və Oksbric Akademiyası) komanda ilə təmsil olunurlar.

Son xəbərlər

Orphus sistemi