Azərbaycanda tanınmış alim vəfat edib

Azərbaycanda tanınmış alim vəfat edib Azərbaycan elminə ağır itki üz verib.
Elm və təhsil
1267
17 Sentyabr , 2021 10:05
Azərbaycanda tanınmış alim vəfat edib

Azərbaycan elminə ağır itki üz verib.

AMEA-dan "Report"a verilən məlumata görə, Azərbaycanın neft sənayesinin neft və qaz yataqlarının işlənməsi və istismarı, neft-qaz resurslarının mənimsənilməsi proseslərinin iqtisadi-riyazi modelləşdirilməsi sahəsində tanınmış alim, AMEA-nın müxbir üzvü Arif Mehdi oğlu Quliyev 88 yaşında vəfat edib.

Qeyd edək ki, A.Quliyev 1933-cü il dekabr ayının 15-də Füzuli rayonunun Gecəgözlü kəndində kolxozçu ailəsində anadan olubr. 1957-ci ildə Azərbaycan Sənaye İnstitutunu (indiki ADNSU) fərqlənmə diplomu ilə bitirib. Təyinat üzrə o, Azərbaycan Elmlər Akademiyasında (indiki AMEA) elmi fəaliyyətinə başlamış, böyük laborant, kiçik və boyük elmi işçi, laboratoriya müdiri, Geologiya və Geofizika İnstitutunda şöbə rəhbəri vəzifəsində çalışıb.

A.M.Quliyev 1963-cü ildə texnika elmləri namizədi, 1974-cü ildə texnika elmləri doktoru elmi dərəcələrini, 1977-ci ildə isə professor elmi adını almışdır. 1989-cu ildə AMEA-nın müxbir üzvü seçilib.

Son xəbərlər

Orphus sistemi