Azərbaycanda koronavirusa görə bağlanan məktəb və siniflərin sayı açıqlanıb

Elm və təhsil
  • 16 noyabr, 2021
  • 12:31
Azərbaycanda koronavirusa görə bağlanan məktəb və siniflərin sayı açıqlanıb

Tədris ili müddətində Gigiyena və Epidemiologiya Mərkəzlərinin müvafiq qərarıyla ümumilikdə 61 ümumi təhsil müəssisəsində tədris və təlim-tərbiyə prosesinin əyani formada təşkili 14 gün müddətinə dayandırılıb.

Bu barədə "Report"a Təhsil Nazirliyindən məlumat verilib.

"Bunlardan 37-si müddət tamam olduqdan sonra əyani tədrisə qayıdıb. Eyni zamanda 1537 sinifdə tədris və təlim-tərbiyə prosesinin əyani formada təşkili 14 gün müddətinə dayandırılıb. Bunlardan təyin edilən müddət başa çatdıqdan sonra 885 sinif əyani tədrisə qayıdıb", - nazirlikdən bildirilib.