Azərbaycanda antikorrupsiya tədris modulu hazırlanacaq

Elm və təhsil
  • 04 aprel, 2022
  • 13:37
Azərbaycanda antikorrupsiya tədris modulu hazırlanacaq

Bu il üçün ölkə üzrə əhatəli antikorrupsiya tədris modulu hazırlanacaq.

“Report” xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nda öz əksini tapıb.

Sənədə əsasən, tədris modulunun hazırlanması üçün işçi qrupu təsis ediləcək. Xarici ölkələrin bu sahədə təcrübəsinin öyrənilməsi və yerli təhsil proqramına uyğunlaşdırılması əsas götürüləcək.

Tədris modulunun hazırlanmasında əsas icraçı Təhsil Nazirliyi təyin edilib.

44 filmi