Azərbaycanda 4 universitetin ikili diplom proqramları üzrə qiymətləndirmə aparılır

Azərbaycanda 4 universitetin ikili diplom proqramları üzrə qiymətləndirmə aparılır Keçən il dövlət tərəfindən maliyyələşdirilən ikili diplom proqramlarının 4 ali təhsil müəssisəsi üzrə 3 ixtisaslaşma və 8 ixtisas üzrə proqram akkreditasiya qiymətləndirilməsi prosesi başlayıb.
Elm və təhsil
20 Fevral , 2024 11:28
Azərbaycanda 4 universitetin ikili diplom proqramları üzrə qiymətləndirmə aparılır

Keçən il dövlət tərəfindən maliyyələşdirilən ikili diplom proqramlarının 4 ali təhsil müəssisəsi üzrə 3 ixtisaslaşma və 8 ixtisas üzrə proqram akkreditasiya qiymətləndirilməsi prosesi başlayıb.

"Report" xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, həmin ali təhsil müəssisələri sırasında ADA, Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Azərbaycan Dövlət Aqrar Universiteti yer alıb.

T.Əhmədov qeyd edib ki, ötən il 2 peşə təhsili müəssisəsinin (Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi) pilot akkreditasiya qiymətləndirilməsi həyata keçirilib.

Bundan başqa, Bakı Dövlət Universitetinin magistratura səviyyəsi üzrə 6 ixtisaslaşmanın (Yüksək molekullu birləşmələr kimyası, Neft kimyası, Üzvi kimya, Qeyri-üzvi kimya, Analitik kimya, Fiziki kimya) beynəlxalq səviyyədə proqram akkreditasiya qiymətləndirilməsi nəticələri dövlət akkreditasiyası tərəfindən nəzərə alınıb. Bura yüksək molekullu birləşmələr kimyası, qeyri-üzvi kimya, neft kimyası, analitik kimya, fiziki kimya və üzvi kimya aiddir.

Qeyd edək ki, ötən il Azərbaycanda 13 ali təhsil müəssisəsinin institusional akkreditasiya qiymətləndirilməsi həyata keçirilib. Həmin təhsil müəssisələri aşağıdakılardır:

Bakı Dövlət Universitetinin Qazax filialı
Xəzər Universiteti
Lənkəran Dövlət Universiteti
Azərbaycan Tibb Universiteti
Sumqayıt Dövlət Universiteti
ADA Universiteti
Bakı Mühəndislik Universiteti
Azərbaycan Texniki Universiteti
Bakı Dövlət Universiteti
Azərbaycan Dövlət İqtisad Universiteti
Azərbaycan Dövlət Pedaqoji Universiteti
Azərbaycan Memarlıq və İnşaat Universiteti
Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialı.

Son xəbərlər

Orphus sistemi