Bakı. 19 mart. REPORT.AZ/ Cari ilin aprel ayının 1-dən etibarən Azərbaycan Tibb Universitetində (ATU) inzibati idarəetmədə çalışan rəhbər heyətin, fakültə dekanları və dekan müavinlərinin, kafedra müdirlərinin, professor- müəllim heyətinin, o cümlədən digər əməkdaşların aylıq məvacibi artırılıb. Bu barədə "Report"a ATU-dan məlumat verilib.
Bundan sonra fakültə dekanları 1450, kafedra müdirləri 1300, professorlar 1200, dosentlər 1050, baş müəllimlər 810, assistentlər və müəllimlər isə 750 manat əmək haqqı alacaqlar. Ümumilikdə əmək haqqı artımı universitetin bütün əməkdaşlarına, o cümlədən 1200 nəfər professor-müəlli