Azərbaycan dilinin orfoqrafiya lüğətinin yeni nəşri üçün komissiya yaradılıb

Elm və təhsil
  • 01 noyabr, 2017
  • 13:12
Azərbaycan dilinin orfoqrafiya lüğətinin yeni nəşri üçün komissiya yaradılıb
Report

Bakı. 1 noyabr. REPORT.AZ/ Azərbaycan dilinin orfoqrafiya lüğətinin yeni nəşri hazırlanacaq.

"Report" xəbər verir ki, AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli Akademiyanın Rəyasət Heyətinin bu gün keçirilən iclasında mövzu ətrafında müzakirələrin aparılmasını, akademik Akif Əlizadənin rəhbərliyi ilə Respublika Komissiyasının yaradılmasını təklif edib. 

Komissiyanın tərkibinə Təhsil, Mədəniyyət və Turizm nazirlikləri, Mətbuat Şurası, Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının nümayəndə heyəti təmsil olunacaq.

İ.Həbibbəyli bildirib ki, Prezident İlham Əliyevin AMEA-nın 70 illik yubiley tədbirində dilimizin lüğət tərkibinin imkanları və ana dilimizin saflığının qorunması haqqında irəli sürdüyü fikirlər dilçilik elminin qarşısında mühüm vəzifələr qoyur: "Bu baxımdan müstəqillik dövrünün yeni orfoqrafiya lüğətinin hazırlanması əhəmiyyət kəsb edir".

İclasda AMEA Nəsimi adına Dilçilik İnstitutuna bir ay müddətində aidiyyəti elmi qurumlarla birlikdə orfoqrafiya lüğətinin qayda və prinsiplərini hazırlayıb müzakirəyə təqdim etmək, eləcə də 2018-ci ilin may ayına kimi yeni lüğətin hazırlanmasını təmin etmək tapşırılıb. 

Son xəbərlər

Bütün Xəbər Lenti