Aqrar sığorta üzrə ekspert sertifikatı almaq istəyənlər imtahan verib - YENİLƏNİB

Aqrar sığorta üzrə ekspert sertifikatı almaq istəyənlər imtahan verib - YENİLƏNİB Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyən, Aqrar Sığorta Fondunun keçirdiyi təlimləri müvəffəqiyyətlə başa vurmuş namizədlər üçün test imtahanı keçiriləcək.
Elm və təhsil
23 İyun , 2024 14:00
Aqrar sığorta üzrə ekspert sertifikatı almaq istəyənlər imtahan verib - YENİLƏNİB

Aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyənlər üçün Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda test imtahanı keçirilib.

Bu barədə “Report”a DİM-dən bildirilib.

Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olublar. Nəticələr həmçinin sabah gün ərzində DİM-in saytına yerləşdiriləcək.

İmtahanda 43 nəfər iştirak edib. 19 namizəd tələb olunan şərtləri ödəyərək uğur qazanıb. 13 nəfər kənd təsərrüfatı bitkilərinin və bitkiçilik məhsullarının sığortası, 6 nəfər isə kənd təsərrüfatı heyvanlarının və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanların sığortası üzrə müstəqil ekspert sertifikatı əldə edib.

İmtahan nəticələri ilə bağlı Apellyasiya Komissiyası 24, 25 və 27 iyun tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, 108) fəaliyyət göstərəcək.

06:40

Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyən, Aqrar Sığorta Fondunun keçirdiyi təlimləri müvəffəqiyyətlə başa vurmuş namizədlər üçün test imtahanı keçiriləcək.

Bu barədə "Report"a DİM-dən bildirilib.

Qeyd olunub ki, imtahan DİM-in elektron imtahanlar korpusunda keçiriləcək. Ünvan Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küç., 108.

İmtahana qeydiyyat 2024-cü il 14 may - 14 iyun tarixlərində aparılıb və bu müddət ərzində 48 namizəd müraciət edib.

İmtahan saat 10:00-da başlanır. Namizədlər şəxsiyyəti təsdiq edən sənədləri ilə birlikdə saat 09:00-dan gec olmayaraq imtahan binasında olmalıdırlar.

İştirakçılar "İmtahana buraxılış vərəqəsi"ni buradan çap edə bilərlər.

Son xəbərlər

Orphus sistemi