AMEA yeni nizamnamənin formalaşdırılması istiqamətində işlərə başlayıb 

AMEA yeni nizamnamənin formalaşdırılması istiqamətində işlərə başlayıb  Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) yeni nizamnaməsinin formalaşdırılması istiqamətində işlərə başlanılıb.
Elm və təhsil
19 Avqust , 2022 11:07
AMEA yeni nizamnamənin formalaşdırılması istiqamətində işlərə başlayıb 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) yeni nizamnaməsinin formalaşdırılması istiqamətində işlərə başlanılıb.

Bunu "Report"a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib.

"Prezident İlham Əliyevin Azərbaycanda elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında imzaladığı fərmanla artıq yeni tipli akademiyanın formalaşması istiqamətində vəzifələrin həyata keçirilməsi bizim qarşımıza əsas məsələ kimi qoyulub. Ona görə də AMEA-da həm struktur islahatları istiqamətində, həm də nizamnamənin yeni struktura uyğun olaraq hazırlanması istiqamətində iş aparılır. Düşünürəm ki, bu, bir neçə mərhələdə müzakirə olunacaq. Yekun sənəd kimi ölkə başçısına təqdim olunacaq", - İ.Həbibbəyli əlavə edib.

İsa Həbibbəyli
İsa Həbibbəyli

Son xəbərlər

Orphus sistemi