Alimlər: "Neftçalada dənizkənarı ərazilər səhralaşa bilər"

Alimlər: "Neftçalada dənizkənarı ərazilər səhralaşa bilər" Neftçala rayonunda dənizkənarı ərazilər səhralaşa bilər.
Elm və təhsil
19 May , 2023 11:33
Alimlər: Neftçalada dənizkənarı ərazilər səhralaşa bilər

Neftçala rayonunda dənizkənarı ərazilər səhralaşa bilər.

“Report” xəbər verir ki, bioloqlar apardıqları tədqiqatlar nəticəsində bu qənaətə gəliblər.

Bildirilib ki, Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunun bir qrup əməkdaşı biologiya üzrə fəlsəfə doktoru, dosent Rəna Abdıyevanın rəhbərliyi ilə Neftçala rayonu ərazisində ekspedisiyada olublar. Məqsəd Xəzər dənizi sahilində erkən yaz florasının qeydə alınması və bitki örtüyünün müasir vəziyyətinin öyrənilməsi olub. Tədqiqatlar Kür çayının Xəzər dənizinə qovuşan sahəsi, Xəzər dənizinin sahilboyu ərazisi (30 km) və sahil yaxınlığında yerləşən Uzunbabalı, Bankə, Yenikənd, Qırmızı şəfəq, Qaravəli, İkinci Mayak, Birinci mayak, Həsənabad, Mirzəqurbanlı, Mikayıllı, Şirvanlı kəndlərdə aparılıb.

Çöl tədqiqatları zamanı məlum olub ki, rayonun bitki örtüyündə yulğun formasiyalarının yayılması zonal xarakter daşıyır. Neftçala rayonunda Kür çayının Xəzər dənizinə qovuşan ərazisində balıqçılıq və otarılma amilləri güclü səhralaşma prosesinin yaranmasına şərait yaradır. Həmçinin Neftçala rayonunun dənizkənarı ərazilərində turizmin inkişafının bitki örtüyünə mənfi təsiri də gözlənilir.

Son xəbərlər

Orphus sistemi