ABŞ-ın nüfuzlu beynəlxalq universitetində Azərbaycan haqqında təqdimat olub

ABŞ-ın nüfuzlu beynəlxalq universitetində Azərbaycan haqqında təqdimat olub ABŞ-da fəaliyyət göstərən Azərbaycan Tələbə Təşkilatının üzvləri yüksək reytinqə malik olan Florida Beynəlxalq Universitetində keçirilən tələbə təşkilatlarının sərgisində iştirak ediblər.
Elm və təhsil
1 Fevral , 2022 08:50
ABŞ-ın nüfuzlu beynəlxalq universitetində Azərbaycan haqqında təqdimat olub

ABŞ-da fəaliyyət göstərən Azərbaycan Tələbə Təşkilatının üzvləri yüksək reytinqə malik olan Florida Beynəlxalq Universitetində keçirilən tələbə təşkilatlarının sərgisində iştirak ediblər.

“Report”un yerli bürosu xəbər verir ki, Azərbaycan Tələbə Təşkilatının qurucusu, universitetin Siyasi Elmlər və Beynəlxalq Münasibətlər fakültəsinin gənc tələbəsi, həmyerlimiz Aydın Eminov qonaqları ölkəmiz haqqında məlumatlandırıb, Azərbaycanın ərazi bütövlüyü, təbii sərvətləri və milli adət-ənənələri mövzusunda geniş təqdimat edib.

Universitetdə təhsil alan, dünyanın müxtəlif ölkələrini təmsil edən xarici tələbələr və tələbə təşkilarlarının təmsilçiləri A.Eminovun təqdimatını maraqla izləyiblər.

Tədbirdə Azərbaycan Tələbə Təşkilatının üzvləri, Florida Beynəlxalq Universitetində təhsil alan azərbaycanlı tələbələr də aktiv iştirak ediblər. Onlar qonaqların ölkəmizlə bağlı suallarına aydınlıq gətirib, tələbələri maraqlandıran məsələlər haqqında məlumatlar veriblər.

A.Eminov “Report”a bildirib ki, təhsil aldığı universitetdə təsis etdiyi təşkilatın əsas missiyası Azərbaycanın mədəniyyətini, mətbəxini, tarixini ABŞ-da geniş ictimayyətə təqdim etmək, xüsusilə universitetinin tələbə və müəllim heyyətini ölkəmiz haqqında məlumatlandırmaqdan ibarətdir.

Son xəbərlər

Orphus sistemi