9-cu sinif şagirdlərinin elektron yerdəyişməsi dayandırılıb

Elm və təhsil
  • 15 mart, 2022
  • 14:15
9-cu sinif şagirdlərinin elektron yerdəyişməsi dayandırılıb

Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarına az müddətin qaldığı nəzərə alınaraq, bu gün saat 18:00-da şagirdlərin elektron yerdəyişməsi portalında (sy.edu.az) IX sinif şagirdlərinin yerdəyişməsi bağlanıb.

Bu barədə "Report" Təhsil Nazirliyinə istinadən xəbər verir.

Qeyd olunan sinif üzrə yerdəyişmə prosesi tədris ilinin sonunadək aktiv edilməyəcək.

44 filmi