39 yaşlı müəllim: “Xüsusi qayğıya ehtiyacı olan uşaqları daha çox sevirəm”

39 yaşlı müəllim: “Xüsusi qayğıya ehtiyacı olan uşaqları daha çox sevirəm” Bu gün Beynəlxalq Müəllimlər Günüdür. Oktyabrın 5-i Azərbaycanla yanaşı dünyanın 100-dən çox ölkəsində milli səviyyədə “Müəllimlər Günü”dür. Azərbaycanda bu tarix 1993-cü ilin oktyabrın 5-də rəsmiləşdirilib.
Elm və təhsil
5 Oktyabr , 2021 17:18
39 yaşlı müəllim: “Xüsusi qayğıya ehtiyacı olan uşaqları daha çox sevirəm”

Bu gün Beynəlxalq Müəllimlər Günüdür. Oktyabrın 5-i Azərbaycanla yanaşı, dünyanın 100-dən çox ölkəsində milli səviyyədə “Müəllimlər Günü”dür. Azərbaycanda bu tarix 1993-cü ilin oktyabrın 5-də rəsmiləşdirilib.

“Report”un əməkdaşı bu əlamətdar gündə ömrünü müəllimliyə həsr edən Babək Əlizadə ilə həmsöhbət olub.

B.Əlizadə 2008-ci ildən Bakı şəhər üzrə 11 nömrəli xüsusi təhsil məktəbində çalışır. O, hazırda 3 şagirdə evdə təhsil verir.

Həmsöhbətimiz deyir ki, əsas məqsəd uşaqlarda olan qüsurları korreksiya etmək, psixoloji və loqopediq yardım göstərməkdir.

Müəllimliyin ata sənəti olduğunu bildirən B.Əlizadə işindən zövq aldığını və xüsusi qayğıya ehtiyacı olan uşaqları daha çox sevdiyini bildirir.

Qeyd edək ki, Əlizadə Babək Əli oğlu 1982-ci il may ayının 28-də Laçın rayonunun Oğuldərə kəndində anadan olub. O, ilk təhsilinə Oğuldərə kənd tam orta məktəbində başlayıb. 5-ci sinifdən Bakı şəhəri 265 nömrəli məktəbdə təhsilini davam etdirib.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Pedaqogika və Psixologiya fakültəsini bitirib. İxtisasca defektoloq-loqopeddir.

Daha ətraflı videomaterialı təqdim edirik:

Son xəbərlər

Orphus sistemi