Sumqayıt, Quba və İmişlidə yaşıllıqlar qanunsuz kəsilib, təbiətə 100 min manata yaxın ziyan dəyib

Sumqayıt, Quba və İmişlidə yaşıllıqlar qanunsuz kəsilib, təbiətə 100 min manata yaxın ziyan dəyib Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Sumqayıt şəhəri, Quba və İmişli rayonlarının inzibati ərazisində yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub.
Ekologiya
4 aprel 2025 10:38
Sumqayıt, Quba və İmişlidə yaşıllıqlar qanunsuz kəsilib, təbiətə 100 min manata yaxın ziyan dəyib

Son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Sumqayıt şəhəri, Quba və İmişli rayonlarının inzibati ərazisində yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub.

Bu barədə "Report"a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.

Bildirilib ki, araşdırma zamanı Sumqayıt şəhəri 10-cu mikrorayon, Babək küçəsi 52 ünvanında yerləşən “Hünər Sumqayıt-10” MTK-ya məxsus ərazidə, İmişli rayonu Sarxanlı kəndi ərazisində, İmişli rayonu Qaradonlu kəndinin yaxınlığında və Quba rayonu İkinci Nügədi kəndi ərazisində ağacların kəsilməsi faktları ilə bağlı təbiətə 98 min 900 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır.

Son xəbərlər

Orphus sistemi