Bakı. 13 oktyabr. REPORT.AZ/ Bakı şəhərinin Səbail rayonu ərazisində, Badamdar-20-ci sahə yolundakı sürüşmə təhlükəsinin artması ilə bağlı AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) həmin ərazidə tədqiqat işlərini genişləndirib.
AMEA nəzdində RSXM-nin İnformasiya şöbəsindən "Report"a verilən xəbərə görə, RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişlinin göstərişi ilə mərkəzin çöl ekspedisiyasında olan ayrı-ayrı şöbələrin əməkdaşları Bakı şəhərinə geri çağırılaraq sürüşmə ərazisində aparılan tədqiqat işlərinə cəlb olunublar.
Hazırda Mərkəz əməkdaşları ərazidə gücləndirilmiş iş rejimində işləyirlər.
Xatırladaq ki, oktyabrın 11-dən başlayaraq Mərkəz tərəfindən sürüşmə ərazisində bir neçə istiqamətdə kompleks tədqiqatlar aparılır.