Xəzərin sahil zolağını çirkləndirən şəxs cəzalandırılıb 

Xəzərin sahil zolağını çirkləndirən şəxs cəzalandırılıb  Xəzər rayonu, Türkan qəsəbəsi ərazisində dəniz sahilinə bərk tullantıların atılması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət Xidmətin əməkdaşları tərəfindən yerində araşdırılıb.
Ekologiya
14 Yanvar , 2021 10:30
Xəzərin sahil zolağını çirkləndirən şəxs cəzalandırılıb 

Xəzər rayonu, Türkan qəsəbəsi ərazisində dəniz sahilinə bərk tullantıların atılması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət Xidmətin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Xidmətin rəsmisi Bəhruz Məhəmmədov "Report"a bildirib ki, əraziyə baxış keçirilib və sahil zolağına yaxın ərazidə fərdi yaşayış evinin tikintisi zamanı formalaşan inşaat tullantılarının dəniz sahilinə atıldığı məlum olub.

O qeyd edib ki, faktla bağlı qanun pozucusu, fərdi yaşayış evinin sahibi vətəndaş Sadıx Babayev cərimə olunub, əraziyə cavabdeh Türkan bələdiyyəsi barəsində isə inzibati tədbir görülüb: “Sahil zolağının qısa vaxt ərzində tullantılardan təmizlənməsi və gələcəkdə belə hallara yol verilməməsi üçün aidiyyəti qurumlara müraciət olunub”.

Son xəbərlər

Orphus sistemi