Sabah bəzi rayonlarda intensiv yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək

Sabah bəzi rayonlarda intensiv yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyi axşam arabir güclənəcək.
Ekologiya
5 Sentyabr , 2023 12:24
Sabah bəzi rayonlarda intensiv yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək

Bakıda və Abşeron yarımadasında sentyabrın 6-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən “Report”a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman olacaq.

Şimal-qərb küləyi axşam arabir güclənəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-70 %, gündüz 40-45 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin günün ikinci yarısından şimal və qərb rayonlarından başlayaraq fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 19-23° isti, gündüz 31-36° isti, dağlarda gecə 10-15° isti, gündüz 18-23° isti olacaq.

Son xəbərlər

Orphus sistemi