Sabaha gözlənilən hava şəraiti açıqlanıb
Ekologiya
- 21 dekabr, 2024
- 08:49
Sabaha gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən "Report"a verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Lakin gecə və səhər bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 5-8° isti, gündüz 9-11° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80 % olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 0-5° isti, gündüz 9-14° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-5° isti olacaq.
Son xəbərlər
07:00
"Formula 1": Azərbaycan Qran-prisinin qalibi bu gün bəlli olacaq
Formula 106:43
Foto
Ceyhun Bayramov Antonio Quterreşlə Azərbaycanın BMT-də fəal iştirakını müzakirə edib
Xarici siyasət06:28
Pentaqon: İrana qarşı əməliyyatlarda ABŞ-nin 861 hərbçisi yaralanıb
Digər ölkələr06:15
Yeni Kaledoniya sahillərində güclü zəlzələ olub
Digər ölkələr05:41
Yəmən husilərə qarşı ümumi səfərbərlik çağırışı edib
Digər ölkələr05:09
Pezeşkian: İran artıq ABŞ-yə etibar etmir
Region04:38
Mbappe zədə səbəbindən Fransa millisindən ayrılacaq
Futbol04:17
Moldovada enerji böhranı təhlükəsi ilə bağlı fövqəladə vəziyyət elan olunub
Digər ölkələr03:48