Sabah Bakıda 33 dərəcə isti olacaq

Sabah Bakıda 33 dərəcə isti olacaq Azərbaycan rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir
Ekologiya
30 İyun , 2015 12:32
Sabah Bakıda 33 dərəcə isti olacaq

Bakı. 30 iyun. REPORT.AZ/ İyulun 1-də Bakıda 33 dərəcə isti olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova "Report"a bildirib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 22-25, gündüz 28-33 dərəcə isti olacaq.

İyulun 1-də Azərbaycan rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 35-40, dağlarda gecə 14-19, gündüz 25-30 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, sabah və iyulun 2-də Abşeron yarımadasında mövsümə uyğun temperatur rejimi və xəzri küləyinin üstünlüyü meteohəssas insanlar üçün müsbət amil olsa da, iyulun 1-də gündüz gözlənilən güclü külək bəzi insanlarda narahatlıq hissi yarada bilər. 

Son xəbərlər

Orphus sistemi