Bakı. 23 sentyabr. REPORT.AZ/ Qurban bayramı günündə Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb.
Sentyabrın 24-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 16-21, gündüz 26-31, Bakıda isə gecə 19-21, gündüz 28-30 dərəcə isti olacaq.
Sabah Azərbaycan rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 16-21, gündüz 28-33, dağlarda gecə 10-15, gündüz 23-28 dərəcə isti olacaq.