Sabah Bakıda 28 dərəcə isti olacaq

Sabah Bakıda 28 dərəcə isti olacaq Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir
Ekologiya
26 Avqust , 2015 12:49
Sabah Bakıda 28 dərəcə isti olacaq

Bakı. 26 avqust. REPORT.AZ/ Sabah Bakıda 28 dərəcə isti olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan "Report"a bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə yarımadanın bəzi yerlərində qısa müddətli yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 19-22, gündüz 25-29, Bakıda gecə 20-22, gündüz 26-28 dərəcə isti olacaq.

Avqustun 27-də Azərbaycan rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gündüz ayrı-ayrı rayonlarda əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 15-20, gündüz 24-29, dağlarda gecə 7-12, gündüz 14-19 dərəcə isti olacaq.

Son xəbərlər

Orphus sistemi