Sabah Ağgöl və Şirvan milli parklarında “açıq qapı” günüdür
Ekologiya
- 04 iyul, 2022
- 09:00
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Ağgöl və Şirvan milli parklarının yaranması günü ilə əlaqədar iyulun 5-də hər iki milli parkda “açıq qapı” günü təşkil olunacaq, maarifləndirici və əyləncəli tədbirlər keçiriləcək.
Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva "Report"a bildirib ki, Ağgöl milli parkını ziyarət edən turistlər milli parkın təbiəti ilə tanış olacaq, quşları və digər fauna növlərini müşahidə edə biləcəklər.
Xidmət rəsmisi qeyd edib ki, Şirvan milli parkında isə ziyarətçilər üçün ceyranları müşahidə məqsədilə safari turu təşkil ediləcək.
Qeyd edək ki, hər iki milli park 5 iyul 2003-cü il tarixində su-bataqlıq ekosisteminin mühafizəsi, köçəri və oturaq quş növlərinin, ceyranların qorunması məqsədilə yaradılıb.
Son xəbərlər
15:13
Gürcüstan dövlət xidmətlərinin göstərilməsində yeni formatlar tətbiq edir
Xarici siyasət
15:10
Avropa Komissiyası Ukraynaya 4,36 milyard avro köçürüb
Digər ölkələr
15:08
Nəriman Axundzadə: "Ərzurumspor"da daha çox forma şansı qazanacağıma inanıram"
Futbol
15:06
Akvakultura Mərkəzi: Balıq istehsalı maya dəyəri və iqtisadi səmərəlilik baxımından üstün ola bilər
ASK
15:02
Foto
Kamran Əliyev Abşeronda vətəndaşları qəbul edib
Hadisə
14:58
Azərbaycanda 10 aylıq sosial, işsizlikdən və icbari tibbi sığorta daxilolmaları açıqlanıb
Maliyyə
14:58
Azərbaycanda 10 ayda vergi daxilolmaları 16 milyard manatdan çox olub
Maliyyə
14:50
Xidmət rəsmisi: "Bir çoxları akvakultura fəaliyyətini formalaşdırandan sonra su barədə fikirləşib"
ASK
14:49
İtaliya XİN rəhbəri Azərbaycana səfər edəcək - Eksklüziv
Xarici siyasət