Qanunsuz ov edənlər 10 min manata yaxın cərimələnib

Qanunsuz ov edənlər 10 min manata yaxın cərimələnib Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşlarının keçirdiyi növbəti nəzarət tədbirləri zamanı Xəzər dənizi sahillərində və Mingəçevir su anbarında qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.
Ekologiya
340
23 Noyabr , 2021 10:02
Qanunsuz ov edənlər 10 min manata yaxın cərimələnib

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşlarının keçirdiyi növbəti nəzarət tədbirləri zamanı Xəzər dənizi sahillərində və Mingəçevir su anbarında qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.

"Report" xəbər verir ki, bunu Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib.

O qeyd edib ki, araşdırma zamanı brakonyerlərin Xaçmaz rayon sakini Adil Abbasov, Bakı şəhər sakinləri Qurbanəli Məlikov, Alı Alıyev və Yevlax rayon sakini Elburus Əhmədov olduğu müəyyən edilib, onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb: "Keçirilən nəzarət tədbirləri zamanı su hövzələrindən ümumilikdə 670 metr uzunluğunda sintetik tor yığışdırılıb".

Xidmət rəsmisinin sözlərinə görə, ayrı-ayrı rayonların inzibati ərazisində isə qanunsuz ov edən Cəlilabad rayon sakinləri Cəlil Ramazanov, Teymur Quluyev, Emil Nobiyev, Sehran Əliyev, Xaçmaz rayon sakini Ceyhun İbrahimov, Şabran rayon sakinləri Surəddin və Fikrəddin Xudayarovlar saxlanılıb: "Faktlarla bağlı təqsirkar şəxslər barəsində akt, protokol tərtib olunub və brakonyerlər ümumilikdə 9 800 manat məbləğində cərimələnib".

Son xəbərlər

Orphus sistemi