Azərbaycan Braziliyada COP30-un uğurla keçirilməsi üçün hərtərəfli dəstək göstərəcək.
“Report” xəbər verir ki, bunu BMT-nin İqlim dəyişmələri üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai XII Qlobal Bakı Forumu çərçivəsində panel müzakirəsində bildirib.
"Biz tərəflərin təkcə iqlim öhdəlikləri götürməsi deyil, həm də onları yerinə yetirməsi üçün əlimizdən gələni edəcəyik. Bizim təşviq edəcəyimiz konkret fəaliyyət proqramımız var", - o qeyd edib.
N.Arpadarainin sözlərinə görə, onun mandatına özəl sektor, vətəndaş cəmiyyəti, bələdiyyələr və akademik dairələr də daxil olmaqla müxtəlif maraqlı tərəflərlə fəal işin aparılması daxildir.
"Prosesin inklüziv olması vacibdir. Bu il mən bütün əsas iştirakçıların diqqətini cəlb etmək və onların iştirakını təmin etmək üçün böyük işlər görməliyəm", - o vurğulayıb.