Yuxarı
    Bağlamaq

    Nazirlik Abşeronda istixana əməkdaşını cərimələyib

    Dinlə

    Bakı. 5 noyabr. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində fəaliyyət göstərən istixana tərəfindən havaya qara tüstü atılması ilə bağlı daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.

    Nazirliyin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, araşdırma zamanı sözügedən ərazidə fəaliyyət göstərən istixananın qazanxanasında baş verən nasazlıq səbəbindən atmosfer havasına qara tüstünün atıldığı məlum olub.

    Faktla bağlı qazanxanaya cavabdeh Ramil Bəkirov barəsində protokol tərtib edilib və o, İnzibati Xətalar Məcəlləsinə əsasən, 800 manat məbləğində cərimə olunub. Belə hallara yol verilməməsi üçün istixanaya icrası məcburi olan “məcburi göstəriş” verilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi