Nazir müşaviri: "Gələn il Azərbaycan "yaşıl inkişaf"ı seçdiyini bir daha bəyan edəcək"

Nazir müşaviri: "Gələn il Azərbaycan "yaşıl inkişaf"ı seçdiyini bir daha bəyan edəcək" Ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rasim Səttarzadə gələn il Azərbaycanın yaşıl inkişafı seçdiyini bir daha bəyan edəcəyini bildirib.
Ekologiya
27 Dekabr , 2023 09:39
Nazir müşaviri: Gələn il Azərbaycan yaşıl inkişafı seçdiyini bir daha bəyan edəcək

Ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rasim Səttarzadə gələn il Azərbaycanın "yaşıl inkişaf"ı seçdiyini bir daha bəyan edəcəyini bildirib.

Nazir müşaviri "Report"a açıqlamasında deyib ki, Azərbaycanda 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan olunması ilə bağlı sərəncamın verilməsi ölkə rəhbərliyinin ətraf mühit, ekoloji təhlükəsizlik, iqlim dəyişmələri məsələlərinə ciddi diqqət yetirməsi deməkdir: "Həmçinin, Azərbaycan bu sahədə beynəlxalq ictimaiyyəti həmrəyliyə və əməkdaşlığa çağırır. Bu da onu göstərir ki, Azərbaycanın inkişaf strategiyasında, iqtisadi inkişaf proqramlarında ətraf mühit məsələlərinin vacib rol oynaması məsələlərinə artıq beynəlxalq müstəvidə baxılır".

Rasim Səttarzadə qeyd edib ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) gələn il Bakıda keçirilməsi bütün dünya ölkələrinin yekdil rəyi ilə qərara alınıb. Bu, onu göstərir ki, Azərbaycan öz üzərinə götürdüyü öhdəlikləri və iqlim dəyişmələrinə təsirini azaltmaq üzrə öz səylərini beynəlxalq müstəvidə göstərə və tanıda bilib.

"Dünya ölkələri də bunu müsbət qiymətləndirib. Bu da beynəlxalq səviyyədə Azərbaycanın imicinin göstəricisidir. Düşünürəm ki, gələn il digər illərdə olduğu kimi, Azərbaycan "yaşıl inkişaf"ı seçdiyini bir daha bəyan edəcək. Həmçinin, ətraf mühitin sağlamlaşdırılması, ekosistemlərin mühafizəsi, iqlim təsirlərinin azaldılması istiqamətində daha effektiv, genişmiqyaslı tədbirlər həyata keçirəcək. Sübut ediləcək ki, Azərbaycan istixana effekti yaradan qaz tullantılarının qarşısını almaq üçün müasir texnologiyalar tətbiq edir. Ölkəmiz alternativ enerji mənbələrinin genişləndirilməsi, enerji səmərəliliyinin təmin olunması və bütün sahələrdə ətraf mühitə təsirlərin minimuma endirilməsi üçün səylər göstərir", - deyə müşavir vurğulayıb.

Son xəbərlər

Orphus sistemi