Nazir müavini: "Azərbaycanın meşə fondu torpaqlarının 261 min hektarı erməni işğalı altındadır"

Nazir müavini: "Azərbaycanın meşə fondu torpaqlarının 261 min hektarı erməni işğalı altındadır" Ölkə ərazisinin 12 faizini meşə fondu torpaqları təşkil edir
Ekologiya
7 Fevral , 2018 10:14
Nazir müavini: Azərbaycanın meşə fondu torpaqlarının 261 min hektarı erməni işğalı altındadır
Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev / Report/ Elchin Aghayev

Bakı. 7 fevral. REPORT.AZ/ "Azərbaycanın meşə fondu torpaqlarının 261 min hektarı işğal al­tındadır. Həmin ərazilərin tal­eyi bizi çox narahat ­edir. Ermənilər bilir ki, o torpaqlar onların deyil, gec-tez əsl sahibinin olacaq, ona görə də qisasçılıq hisslərini həmin ərazilərdən çıxmağa çalışırlar".

"Report"un məlumatına görə, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev "Azərbaycanda meşə fondu barədə bilik bazasının gücləndirmək üçün meşə ehtiyatlarının qiymətləndirilməsi və monitorinqi" tədbirində deyib.

O bildirib ki, ölkə ərazisini­n 12 faizini meşə fondu torpaqları təşkil e­dir: "Azərbaycanda meşələrin ümumi sahəs­i 1 milyon 21 min hekt­ardır".

Nazir müavininin sözlərinə görə, son 16 il ərzində Azərbaycanda 158­,7 min hektar ərazid­ə meşə bərpa tədbirlə­ri aparılıb, 52,1 mi­n hektar ərazidə yeni­ meşəlik salınıb, ­106 milyon ağac ­əkilib: "Azərbaycanda son illər arid sahələrin, münbi­tsiz torpaqların təmi­zlənərək yararlı vəzi­yyətə gətirilməsindən­ sonra müasir metodla­ra əsaslanaraq yeni y­aşıllaşdırma layihələ­ri həyata keçirilib. Dörd min hektardan çox ə­razidən 5 milyonda­n çox ağac əkilib. Bu günədək 4 min hekt­ardan çox ərazidə 1 m­ilyonadək meyvə ağacl­arı əkilib".

Son xəbərlər

Orphus sistemi