Muxtar Babayev: "Meşələrə neqativ təsirlərin miqyası əhəmiyyətli dərəcədə azalıb"

Muxtar Babayev: "Meşələrə neqativ təsirlərin miqyası əhəmiyyətli dərəcədə azalıb" Azərbaycan ərazisinin qazla təmin olunması hesabına meşələrə neqativ təsirlərin miqyası əhəmiyyətli dərəcədə azalıb.
Ekologiya
31 Oktyabr , 2019 11:45
Muxtar Babayev: Meşələrə neqativ təsirlərin miqyası əhəmiyyətli dərəcədə azalıb

"Azərbaycan ərazisinin qazla təmin olunması hesabına meşələrə neqativ təsirlərin miqyası əhəmiyyətli dərəcədə azalıb".

"Report" xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Yeni Azərbaycan Partiyasında keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.

Nazir bildirib ki, meşəyə qulluq məqsədi ilə tədarük olunan oduncaq, hələlik qazlaşmayan yaşayış məntəqələrinin sakinlərinə, Təhsil, Səhiyyə müəssisələrinə, Müdafiə Nazirliyinin, Daxili və Sərhəd Qoşunlarının hərbi hissələrinə qış yanacağı kimi verilir (2019-cu il üzrə 62 min m3).

M.Babayev qeyd edib ki, meşə fondunun açıq sahələri ərzaq təhlükəsizliyini təmin etmək və ərzaq bolluğu yaratmaq məqsədilə hüquqi və fiziki şəxslərə aqrobağların salınması üçün uzunmüddətli icarəyə verilir: "Meşələrin mühafizəsini və yanğından təhlükəsizliyini təmin etmək məqsədilə Zaqatala, Şəki , Qax, Oğuz və Qəbələ rayonlarında müşahidə kameraları quraşdırılıb və bu istiqamətdə işlər davam edir. Meşələrin dayanıqlı inkişafını təmin etmək məqsədilə kənar təsirlərə daha çox məruz qalan yerlərdə yüngül konstruksiyalı çəpərləmə işləri aparılır".

O, həmçinin əlavə edib ki, turizm potensialı olan ərazilərdə ekoturizmin inkişaf etdirilməsi istiqamətində işlər aparılır: "Milli Parklara bu ilin 9 ayı ərzində 82680 nəfər səfər edib. Milli Parklarda 111 turizm marşrutu yaradılıb. 

Son xəbərlər

Orphus sistemi