Muxtar Babayev: Dünyada son 10 ildə dəniz səviyyəsi əvvəlkindən iki dəfə çox sürətlə qalxıb

Muxtar Babayev: Dünyada son 10 ildə dəniz səviyyəsi əvvəlkindən iki dəfə çox sürətlə qalxıb Son 10 ildə dünyada dəniz səviyyəsi əvvəlkindən iki dəfədən çox sürətlə qalxıb.
Ekologiya
3 Sentyabr , 2024 09:27
Muxtar Babayev: Dünyada son 10 ildə dəniz səviyyəsi əvvəlkindən iki dəfə çox sürətlə qalxıb

Son 10 ildə dünyada dəniz səviyyəsi əvvəlkindən iki dəfədən çox sürətlə qalxıb.

"Report" xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayev “İqlim şəffaflığı sahəsində Yüksək səviyyəli dialoq”da deyib.

Onun sözlərinə görə, dəniz səviyyələrindəki bu dəyişikliklər kiçik ada dövlətləri üçün riskdir: “Bu, xüsusilə Tonqada keçirilən Sakit Okean Adaları Forumu liderlərinin görüşündə vurğulanıb. İqlim dəyişikliyi ilə bağlı fəsadlar tez-tez baş verir. Buna görə də biz COP29-da iqlim dəyişikliyinə qarşı fəaliyyətimizin uğurlu olması üçün Paris Sazişi üzrə əlimizdən gələni etməliyik. Şəffaflıq bu səylərin əsas hissəsidir”.

“Burada son günlər Avstraliyada dostlarımızın yaşadıqları kəskin hava şəraitinin yaratdığı dağıntıları qeyd etmək istərdim. Bu hadisələr ortaq iqlim məqsədlərinə uyğun olaraq hərəkət etməyin vacibliyini vurğulayır”, - COP29-un prezidenti bildirib.

M.Babayev xatırladıb ki, ötən il tərəflər birləşərək Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) konsensusuna nail olublar: “COP29-a doğru irəliləyərkən tərəflər temperatur artımını 1,5 dərəcə səviyyəsində saxlamaq üçün Dubayda yaradılmış müsbət ruh və impulsa əsaslanmalıdırlar. Bütün tərəflərdən gələcək nəsil milli iqlim planlarında ambisiyalarını artırmalarını xahiş etdiyimiz üçün şəffaflıq həlledici olacaq”.

Son xəbərlər

Orphus sistemi