Milli parklarda “açıq qapı” günü keçiriləcək

Milli parklarda “açıq qapı” günü keçiriləcək Bakı. 1 mart. REPORT.AZ/ “3 mart vəhşi təbiətin mühafizəsi günü” ilə əlaqədar Azərbaycanın milli parklarında martın 3-də “açıq qapı” günü keçiriləcək.
Ekologiya
1 Mart , 2019 15:20
Milli parklarda “açıq qapı” günü keçiriləcək
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri İradə İbrahimova / Report / Elchin Murad

Bakı. 1 mart. REPORT.AZ/ “3 mart vəhşi təbiətin mühafizəsi günü” ilə əlaqədar Azərbaycanın milli parklarında martın 3-də “açıq qapı” günü keçiriləcək.

"Report" xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib.

O bildirib ki, həmin gün bütün milli parklarda ziyarətçilər giriş haqqından azad ediləcək: “Açıq qapı” günü səhər saat 09:00-dan saat 18:00-dək davam edəcək. Məqsəd ölkənin milli parklarının turizm potensialını turistlərə göstərmək, onların iştirakı və bilavasitə köməyi ilə xüsusi mühafizə olunan təbiət ərazilərini geniş təbliğ etməkdir".

İ.İbrahimova qeyd edib ki, “açıq qapı” günlərinin bundan sonra da əlamətdar tarixlərdə keçirilməsi nəzərdə tutulur.

Xatırladaq ki, Azərbaycanda 10 milli park var. Bunlar Abşeron Milli Parkı, Altıağac Milli Parkı, Şahdağ Milli Parkı, Samur-Yalama Milli Parkı, Şirvan Milli Parkı, Hirkan Milli Parkı, Ağgöl Milli Parkı, Göygöl Milli Parkı, Qızılağac Milli Parkı və Zəngəzur Milli Parkıdır.

Son xəbərlər

Orphus sistemi