Bakıda 27 dərəcə isti olacaq, bəzi rayonlara dolu düşəcək

Bakıda 27 dərəcə isti olacaq, bəzi rayonlara dolu düşəcək Mayın 22-də gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya
21 May , 2023 12:48
Bakıda 27 dərəcə isti olacaq, bəzi rayonlara dolu düşəcək

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən "Report"a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında əsasən yağmursuz hava şəraiti hökm sürəcək. Şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 12-17° isti, gündüz 22-27° isti olacaq. Atmosfer 756 mm civə sütunundan 759 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70% olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Əsasən şimal və qərb rayonlarında leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Axşama doğru tədricən kəsiləcək. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 12-17° isti, gündüz 24-29° isti, dağlarda gecə 3-8° isti, gündüz 10-15° isti olacaq.

Son xəbərlər

Orphus sistemi