Bakı. 5 dekabr. REPORT.AZ/
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Faiq Mütəllimovun “Report”a verdiyi məlumata görə, kampaniyanın keçirilməsində məqsəd artezian sularının keyfiyyətinin öyrənilməsi, çirklənmədən mühafizəsi və əhali tərəfindın düzgün istifadə qaydalarının təbliğindən ibarətdir.
O qeyd edib ki, pulsuz analizlərin aparılmasına dekabrın 10-dan etibarən ilk olaraq Sabunçu rayonunun Maştağa qəsəbəsində başlanılacaq və 10 gün ərzində hər iki Nazirliyin mütəxəssisləri tərəfindən artezian sularının keyfiyyəti təhlil olunacaq.
F.Mütəllimov bildirib ki, keçirilən kampaniya çərçivəsində yerli sakinlərlə maarifləndirici söhbətlər aparılacaq, tövsiyələr veriləcək.