Nazir müavini: "Hər bir insanda çimərlik mədəniyyəti olmalıdır"

Nazir müavini: "Hər bir insanda çimərlik mədəniyyəti olmalıdır" Hər bir insanda çimərlik mədəniyyəti formalaşmalıdır.
Ekologiya
9 Avqust , 2019 16:23
Nazir müavini: Hər bir insanda çimərlik mədəniyyəti olmalıdır

"Hər bir insanda çimərlik mədəniyyəti formalaşmalıdır".

"Report" xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib.

O qeyd edib ki, məqsəd çimərlik ərazilərində fəaliyyət göstərən obyektlərin sahiblərini cərimələmək deyil, onların obyektlərində çirkab sutəmizləyici qurğular quraşdırmasına nail olmaqdır.

F.Əliyev bildirib ki, Xəzər dənizini çirkləndirənlərə artıq kifayət qədər vaxt verilib: "Verilən müddət ərzində obyekt sahibləri nöqsanları aradan qaldırmalı, təmizləyici qurğu quraşdırmalıdırlar. Xəbərdarlığımıza məhəl qoymayan, məcburi göstərişlərə əməl etməyən obyektlər isə tərəfimizdən cəzalandırılır. Sevindiricidir ki, bəzi obyekt sahibləri artıq qurğular quraşdırmağa başlayıb. Obyekt sahibləri onu da bilməlidirlər ki, onlar tullantı suları təmizləyici qurğudan keçirdikdən sonar dənizə axıtmaq əvəzinə texniki su kimi də istifadə edə bilərlər”.

Nazir müavini vurğulayıb ki, ümumiyyətlə, həyata keçirilən layihələr vətəndaşların, əhalinin sağlamlığı və Xəzər dənizinin təmizliyinə nail olmaq üçündür.

Son xəbərlər

Orphus sistemi