Göygöl Milli Parkının ərazisində su hövzəsinə 1 500-dən çox balıq körpəsi buraxılıb

Göygöl Milli Parkının ərazisində su hövzəsinə 1 500-dən çox balıq körpəsi buraxılıb Göygöl Milli Parkının ərazisində su hövzəsinə qızıl xallı farel növünə aid 1 500-dən çox balıq körpəsi buraxılıb.
Ekologiya
17 Dekabr , 2023 14:58
Göygöl Milli Parkının ərazisində su hövzəsinə 1 500-dən çox balıq körpəsi buraxılıb

Göygöl Milli Parkının ərazisində su hövzəsinə qızıl xallı farel növünə aid 1 500-dən çox balıq körpəsi buraxılıb.

Bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib.

Bununla yanaşı, Göygöl rayonu ərazisində ağacəkmə aksiyası keçirilib, bölgənin torpaq-iqlim şəraitinə uyğun müxtəlif cinsli ağaclar əkilib

Qeyd edək ki, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan “Milli ekoloji prioritetlər və qlobal iqtisadi təhdidlər: yeni çağırışlar, imkanlar və perspektivlər” mövzusunda beynəlxalq elmi-praktik konfrans proqramı çərçivəsində ölkəmizdə yaşıllıq sahələrinin genişləndirilməsinə və su bioresurslarının populyasiyasının artırılmasına dəstək məqsədilə növbəti ənənəvi aksiyalar təşkil olunub.

Aksiyalarda Milli Məclisin komitə sədrləri və deputatları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri, elmi təşkilat və təhsil müəssisələrində çalışan alim və pedaqoqlar, Gəncə şəhər və Göygöl rayon icra hakimiyyətləri rəsmiləri iştirak edib.

Son xəbərlər

Orphus sistemi