Gülşad Məmmədova: "Günorta saatlarında bəzi yerlərdə yağış yağacaq"

Ekologiya
  • 01 iyun, 2023
  • 09:37
Gülşad Məmmədova: Günorta saatlarında bəzi yerlərdə yağış yağacaq

İyunun 1-i saat 12-ə olan məlumata görə, ölkə ərazisində hava şəraiti sabit, əsasən, yağmursuzdur.

Bunu “Report”a Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

“Zəif şərq küləyi əsir. Mayın 31-də Göyçay rayonunda axşam saatlarında güclü külək müşahidə olsa da, hazırda zəif şərq küləyi əsir. Havanın temperaturu 24-26 dərəcə istidir. Qəbələ, Şamaxı, Şəki, Zaqatalada dünən axşam saatlarında intensiv yağış müşahidə olundu. Hazırda hava yağmursuzdur. Temperatur 22-23 dərəcə istidir”, - o, bildirib.

O bildirib ki, günün birinci yarısında ölkə ərazisində havanın sabit, əsasən yağmursuz keçməsi müşahidə olunsa da, günorta saatlarında bəzi yerlərdə yağış yağacaq:

“Əsasən Qazax-Gəncə, Balakən-Şəki, Quba-Xaçmaz rayonlarında yağıntıların leysan xarakterli, intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimal olunur. Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi istisna olunmur”.

Son xəbərlər

Bütün Xəbər Lenti