Mayın 6-sı saat 9:00-a olan məlumata əsasən Azərbaycanda yağıntılı hava şəraiti davam edir.
Bu barədə "Report"a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olub, Şahdağ və Gədəbəyin dağlıq ərazilərinə qar yağıb.
Düşən yağıntının miqdarı Zərdabda 32 mm, Kürdəmir, Şəkidə 17 mm, İsmayıllıda 16 mm, Zaqatala, Göygöldə 15 mm, Daşkəsəndə 14 mm, Altıağac, Qax, Gədəbəydə 13 mm, Göyçay, Ağdamda 11 mm, Tərtər, Mingəçevir, Gəncədə 9 mm, Oğuz, Balakəndə 8 mm, Tovuz, Yevlax, Qəbələ, Şamaxı, Ağsu, Sədərək, Şabran, Xaltan, Qobustan, Naftalan, Bərdə, Ordubad, Ağstafa, Ceyrançöl, Şahbuz, Lənkəran, Quba, Qrız, İmişli, Naxçıvan, Şərurda 7 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 2 mm-dək olub.
Mayın 5-də Kürdəmir rayonunun Pirili kəndi ərazisinə 8-10 mm, Mollakənd ərazisinə saat 21:20 radələrində 6-8 mm, İmişli rayonunun Qızıl kəndinə saat 23:30 radələrində 8-10 mm, Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsinə isə diametri 6-8 mm olan dolu düşüb.
Gəncə, Şəmkir, Gədəbəy, Lerik, Göyçay, Göygöl, Altıağac, Qusar, Şamaxı, Balakən, Qaxda duman müşahidə olunub.
Şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 23 m/s, Neftçalada 20 m/s, Lerikdə 15 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.8 metrə çatıb.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 12, Naxçıvan MR-da 8, Aran rayonlarında 15, dağlıq rayonlarda 5-7 dərəcə, yüksək dağlıq ərazilərdə isə 1 dərəcəyədək isti olub.