Yağış yağıb, dolu düşüb - FAKTİKİ HAVA - YENİLƏNİB

Yağış yağıb, dolu düşüb - FAKTİKİ HAVA - YENİLƏNİB Milli Hidrometeorologiya Xidmətinin mayın 14-ü saat 9:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində yağıntılı, küləkli hava şəraiti müşahidə olunur, şimşək çaxır, arabir yağış yağır. Bəzi yerlərdə yağıntılar leysan xarakter
Ekologiya
14 May , 2024 15:34
Yağış yağıb, dolu düşüb - FAKTİKİ  HAVA - YENİLƏNİB

Mayın 14-ü saat 15:00-a olan məlumata əsasən ölkə ərazisində yağıntılı hava şəraiti davam edir. Arabir yağış yağıb, şimşək çaxıb, ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli olub.

Bu barədə "Report"a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Şərur, Şahbuz, Daşkəsən, Gədəbəy, Göygöl, Şəmkir, Balakən, Oğuz, Qəbələ, Zaqatala, Şəki, Qax, Şamaxı, Qobustan, Göyçay, Kürdəmir, Yardımlı, Lerik, Lənkəran, Astara, Bakıda və Abşeron yarımadasında arabir yağış yağıb. Naxçıvanda saat 13:15-13:20 radələrində diametri 1 mm olan dolu düşüb.

Göygöl, Balakən, Şəki, Qax, Şamaxı, Qrız, Göyçayda duman müşahidə olunub.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 16, Naxçıvan MR-da 15-19, Aran rayonlarında 14-17, dağlıq rayonlarda 7 dərəcəyədək isti olub.

09:44

Mayın 14-ü saat 9:00-a olan məlumata əsasən, ölkə ərazisində yağıntılı, küləkli hava şəraiti müşahidə olunur, şimşək çaxır, arabir yağış yağır.

Bu barədə "Report"a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, bəzi yerlərdə yağıntılar leysan xarakterli intensiv olub, Şahdağda isə qar yağıb.

Düşən yağıntının miqdarı Qəbələdə 88 mm, Oğuzda 65 mm, Balakəndə 61 mm, Zaqatalada 46 mm, Göyçayda 44 mm, Şəkidə 31 mm, Lənkəranda 28 mm, Astarada 25 mm, İsmayıllı, Qaxda 21 mm, Zərdabda 18 mm, Kürdəmirdə 17 mm, Şahbuzda 13 mm, Quba, Gədəbəydə 12 mm, Qrız, Qusar, Beyləqan, Ağdamda 10 mm, Ordubad, Ağsu, Lerik, Naxçıvanda 9 mm, Şahdağ, Naftalan, Daşkəsəndə 8 mm, Tərtər, Bərdə, Xaltan, Yevlax, İmişli, Mingəçevir, Göygöl, Qobustan, Sədərək, Şəmkir, Sabirabad, Şamaxı, Altıağac, Şabran, Gəncə, Yardımlı, Ceyrançöl, Culfa, Tovuz, Ağstafa, Biləsuvar, Şərurda 7 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 1 mm-dək olub.

Yağan intensiv yağış nəticəsində respublikanin çaylarında sululuq artıb, Girdimançay (İsmayıllı), Kürmükçay (Qax), Dəmiraparançay (Qəbələ), Balakənçay (Balakən) çaylarından qısamüddətli sel keçib.

Daşkəsən, Göygöl, Naftalan, Gəncə, Balakən, Şəki, Şamaxı, Qusar, Qrız, Şabran, Gədəbəy, Zaqatala, Qax, Lerikdə duman müşahidə olunub.

Ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraiti ilkin məlumata görə, mayın 17-si axşamadək fasilələrlə davam edəcək.

Son xəbərlər

Orphus sistemi