Bəzi rayonlara yağış, qar yağıb, Qəbələyə dolu düşüb - YENİLƏNİB-2

Bəzi rayonlara yağış, qar yağıb, Qəbələyə dolu düşüb - YENİLƏNİB-2 17 May 2024, 12:20Mayın 17-si saat 12:00-a olan faktiki hava Mayın 17-si saat 12:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində yağıntılı hava şəraiti davam edir.
Ekologiya
17 May , 2024 22:10
Bəzi rayonlara yağış, qar yağıb, Qəbələyə dolu düşüb - YENİLƏNİB-2

Saat 21:00-a olan məlumata əsasən ölkə ərazisində yağıntılı hava şəraiti davam edir.

Bu barədə "Report"a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Daşkəsən, Göygöl, Gəncə, Balakən, Qəbələ, Qobustan, Qusar, Xaltan, Astarada arabir yağış, Şahdağda isə qar yağıb.

Sarıbaşda (Qax) saat 16:38-16:40 radələrində və Qəbələ rayonunda saat 18:00 radələrində diametri 5 mm olan dolu düşüb.

Şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 19 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 3,4 metrə çatıb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 15, Naxçıvan MR-da 21, Aran rayonlarında 19, dağlıq rayonlarda 9 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə isə 3 dərəcəyədək şaxta qeydə alınıb.

15:54

Mayın 17-si saat 15:00-a olan məlumata əsasən ölkə ərazisində yağıntılı hava şəraiti davam edir.

Bu barədə "Report"a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bakıda və Abşeron yarımadasında, Qəbələ, Qax, İsmayıllı, Şamaxı, Qobustan, Altıağac, Quba, Qusar, Xaltan, Şabran, Göyçay, Daşkəsən, Gədəbəy, Zərdab, İmişli, Kürdəmir, Sabirabad, Neftçala, Biləsuvar, Yardımlı, Lerik, Lənkəran, Astarada arabir yağış, Xınalıq, Şahdağ, Qrızda arabir qar yağıb.

Daşkəsən rayonuna saat 13:55-13:59 radələrində diametri 16 mm olan dolu düşüb. Şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 22 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 2.8 metrə çatıb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 12-14, Naxçıvan MR-da 16-19, Aran rayonlarında 14-18, dağlıq rayonlarda 7-12 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə isə 1 dərəcəyədək şaxta qeydə alınıb.

12.33

Mayın 17-si saat 12:00-a olan məlumata əsasən, bəzi rayonlarda yağış, Şahdağ, Qrız və Xınalıqda isə qar yağır.

Bu barədə "Report"a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Şahbuz, Daşkəsən, Gədəbəy, Göygöl, Naxçıvan, Gəncə, Şəmkir, Ağdam, Ağstafa, Balakən, Oğuz, Qəbələ, Zaqatala, Şəki, Qax, İsmayıllı, Şamaxı, Qobustan, Altıağac, Quba, Qusar, Xaltan, Şabran, Tərtər, Bərdə, Mingəçevir, Yevlax, Göyçay, Beyləqan, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Neftçala, Biləsuvar, Yardımlı, Lerik, Lənkəran, Astarada yağış, Laza (Qusar), Şahdağ, Qrız, Xınalıqda isə qar yağır.

Mayın 16-da yağan intensiv yağışlar nəticəsində Qabırrı-Kəsəmən (Samux) çayından qısamüddətli sel keçmişdir.

Şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 18 m/s, Naftalanda 17 m/s-yə çatıb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 14, Naxçıvan MR-da 14, Aran rayonlarında 15, dağlıq rayonlarda 9 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə isə 4 dərəcəyədək şaxta qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi