ETSN Bakıda toz dumanının müşahidə edilməsinin səbəbini açıqlayıb
Ekologiya
- 12 avqust, 2022
- 15:13
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Avtomatik stansiyalardan bu gün saat 18:00-da əldə edilən məlumata əsasən Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.
Bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.
Onun sözlərinə görə, buna səbəb cənub-şərq istiqamətli hava kütlələrinin ölkə ərazisinə daxil olmasıdır: "Müşahidə olunan tozlu hava şəraiti transsərhəd xarakterlidir".
G.Məmmədova bildirib ki, dispers toz hissəcikləri Xətai rayonunda 2.6, Nizami rayonunda 2.5 , Səbail rayonunda 2.7 dəfə normadan yüksək qeydə alınıb: "Sinoptik vəziyyətlə əlaqədar olaraq tozlu hava şəraiti yaxın iki gün ərzində davam edəcək".
Son xəbərlər
16:00
FHN əhaliyə güclü külək zamanı yüngül konstruksiyalı tikililərdən uzaq durmağı tövsiyə edib
Digər
15:53
Nikuşor Dan: Rumıniya Ermənistanın Aİ-yə daxil olmaq səylərini dəstəkləyir
Digər ölkələr
15:51
Azərbaycan güləşçisi Sadiq Mustafazadə üç il müddətinə cəzalandırılıb
Fərdi
15:43
Azərbaycanda kiçik sahibkarlara vergi güzəştinin tətbiqi şərtləri açıqlanıb
Biznes
15:42
Şəkərli diabet xəstələri endokrinoloq tərəfindən 3 ayda 1 dəfə konsultasiya ediləcək
Daxili siyasət
15:41
Azərbaycanda aviasiya hadisələrinin araşdırılması qaydasında dəyişiklik edilib
İnfrastruktur
15:41
Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşlarının sağlamlığı üçün həkim briqadaları fəaliyyət göstərəcək
ASK
15:39
Gənclərin çağırışaqədərki hazırlığı ilə bağlı yeni qaydalar təsdiqlənib
Daxili siyasət
15:31
Foto
Romada Azərbaycan-İtaliya strateji tərəfdaşlığı müzakirə olunub
Xarici siyasət