Bakı. 20 noyabr. REPORT.AZ/ “Ağac əkək, qoruyaq, bu ənənəni yaşadaq!” devizi ilə
Nazirliyin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, uşaq bağçasında keçirilən aksiyada uşaqlar valideynlərinin və müəllimlərin köməyi ilə müəssisənin həyətyanı sahəsində 50-dən çox, məktəblilər isə məktəbin həyətində 60-dan artıq müxtəlif cinsli ağac tingi əkiblər.
Ağacəkmə aksiyasında Nərimanov rayon İcra Hakimiyyətinin məsul şəxsləri, ETSN-in əməkdaşları, KİV nümayəndələri də iştirak edib.
Qeyd edək ki, əkilən ağac tingləri Ekologiya və Təbii Sərvətlər Nazirliyi "Azəryaşlandşaft" ASC-nin tinglik sahəsində yetişdirilib.