Bakıda və bir sıra rayonlarda görünüş məsafəsi məhdudlaşıb
Ekologiya
- 07 mart, 2024
- 06:01
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Hazırda ölkə ərazisində dumanlı hava şəraiti müşahidə olunur.
Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov "Report"a bildirib ki, görünüş məsafəsi Bakı və Abşeron yarımadasında, Qobustan, Quba, Qusar, Zərdab, İmişli, Cəfərxan, Biləsuvar, Lənkəranda 500 metrədək məhdudlaşıb.
Xidmət rəisinin sözlərinə görə, dumanlı hava şəraitinin səbəbi nisbətən soyuq hava kütləsinin isti səth üzərinə hərəkəti nəticəsində yaranan inversiya qatıdır:
“Duman ilin keçid dövrləri üçün xarakterik olan və sinoptik şəraitlə əlaqədar gözlənilən atmosfer hadisəsidir. Dumanlı hava şəraitinin bu gün gündüz saatlarınadək davam edəcəyi gözlənilir”.
Son xəbərlər
13:10
Özbəkistanda Şah İsmayıl Xətai adına Azərbaycan dili və Ədəbi irsi Mərkəzi açılıb
Digər
13:04
AMEA-nın strukturunda dəyişiklik edilib
Elm və təhsil
13:01
Respublika üzrə noyabr ayının pensiya ödənişləri yekunlaşıb
Sosial müdafiə
13:00
Sabah hava limanı istiqamətində yolda avtomobilin hərəkəti məhdudlaşdırılacaq
Hadisə
12:56
UEFA Çempionlar Liqası: "Sabah" - "Barselona" oyunu üçün 60 mindən çox bilet satılıb
Futbol
12:52
"Bakı Fond Birjası"nın vəzifəli şəxsi cərimələnib
Maliyyə
12:49
Azərbaycan rəqəmsal hökumətin inkişaf səviyyəsinə görə dünyada 38-ci mövqeyə yüksəlib
İKT
12:48
Şənbə günü Azərbaycanda 21 dərəcə isti olacaq
Ekologiya
12:48
Foto
"Rəqəmsal dövlət maliyyəsi" informasiya sistemində istifadəçilərin sayı 15 minə yaxınlaşıb
Maliyyə