Cəbrayıl, Zəngilan və Qubadlıda 3 şəhər mərkəzi, 5 qəsəbə və 24 kənd inşa olunacaq

Cəbrayıl, Zəngilan və Qubadlıda 3 şəhər mərkəzi, 5 qəsəbə və 24 kənd inşa olunacaq 2026-cı ilin sonunadək Cəbrayıl, Zəngilan və Qubadlıda 3 şəhər mərkəzinin, 5 qəsəbənin və 24 kəndin inşası nəzərdə tutulur.
Ekologiya
26 Yanvar , 2024 14:21
Cəbrayıl, Zəngilan və Qubadlıda 3 şəhər mərkəzi, 5 qəsəbə və 24 kənd inşa olunacaq

2026-cı ilin sonunadək Cəbrayıl, Zəngilan və Qubadlıda 3 şəhər mərkəzinin, 5 qəsəbənin və 24 kəndin inşası nəzərdə tutulur.

"Report" xəbər verir ki, bu barədə Şərqi Zəngəzur iqtisadi rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru, Ekoloji məsələlər üzrə işçi qrupunun üzvü Növrəs Cəfərov işçi qrupun Zəngilanda keçirilən iclasında deyib.

Onun sözlərinə görə, hazırda 4 kənddə şaquli planlama işləri yekunlaşıb: "Cəbrayılın Horovlu kəndində də fərdi evlərin tikintisinə başlanılıb. Tikinti quruculuq işləri zamanı ekoloji aspektlərə diqqət yetirilir. Torpaq işlərində yaşıllıqların qorunması, ərazilərdə bulaq- kərizlərin bərpasına diqqət yetirilir. İnzibati binalarda eyni zamanda evlərin damında günəş panellərinin quraşdırılması, şəhər, kənd və qəsəbələrdə velosiped zolaqlarının salınması planlaşdırılır".

Son xəbərlər

Orphus sistemi