Bu gün Zəngəzur Milli Parkının yaradılmasından 20 il ötür

Bu gün Zəngəzur Milli Parkının yaradılmasından 20 il ötür Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 16 iyun 2003-cü il tarixli Sərəncamı ilə yaradılan, ölkəmizin ilk milli parkı olan Həsən Əliyev adına Zəngəzur Milli Parkının yaradılmasından 20 il ötür.
Ekologiya
16 İyun , 2023 14:29
Bu gün Zəngəzur Milli Parkının yaradılmasından 20 il ötür

Bu gün Zəngəzur Milli Parkının yaradılmasından 20 il ötür.

"Report" xəbər verir ki, Ulu Öndər Heydər Əliyevin Sərəncamı ilə Azərbaycanda təsis edilən ilk milli park, Zəngəzur Milli Parkının yaradılmasının 20-ci ildönümü münasibəti ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev ekoloqları, təbiətsevər ictimaiyyəti və milli parkın əməkdaşlarını təbrik edib.

Təbrikdə deyilir:

“Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 16 iyun 2003-cü il tarixli Sərəncamı ilə rəsmiləşdirilən ilk milli park, Həsən Əliyev adına Zəngəzur Milli Parkının yaradılmasından bu gün 20 il ötür. Azərbaycan dövlətçiliyinin inkişafında misilsiz xidmətləri olan ulu öndər Heydər Əliyevin ölkədəki ekoloji vəziyyət həmişə xüsusi diqqət mərkəzində olub, ətraf mühitin mühafizəsi ilə bağlı müəyyən edilmiş prioritetlər üzrə davamlı tədbirlər görülüb.

Müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin uzaqgörən siyasəti, o cümlədən ekologiya sahəsində yaratdığı təsisatların fəaliyyəti bu gün də ölkə prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir, ölkəmizin bioloji müxtəlifliyinin mühafizəsinə dəstək məqsədilə xüsusi mühafizə olunan təbiət ərazilərinin miqyası genişləndirilir, yaradılan ekoloji mühitin qorunması və bərpası şəbəkəsi diqqət mərkəzində saxlanılır.

Ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən ətraf mühitin mühafizəsi işinin mükəmməl strateji xəttinin davamı olaraq, bu gün ölkəmizdə ekosistemin, nadir bitki və heyvan növlərinin mühafizəsində mühüm rola malik, ümumi sahəsi 893 min hektar təşkil edən 10 milli park, 10 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir. Bu tarix münasibəti ilə ekoloqları, milli parkın əməkdaşlarını, eləcə də ölkəmizin bütün təbiətsevər ictimaiyyətini təbrik edir, xüsusi mühafizə olunan təbiət ərazilərinin mühafizəsi, bərpası və təbliği ilə bağlı fəaliyyətlərində uğurlar arzulayıram”.

Qeyd edək ki, Zəngəzur Milli Parkı Naxçıvan Muxtar Respublikasının ərazisinin nadir təbiət komplekslərini, bioloji müxtəlifliyini, o cümlədən ərazi üçün səciyyəvi olan fauna növlərini, tarixi-mədəni obyektləri qoruyub saxlamaq, ekoloji monitorinqi həyata keçirmək, turizm və istirahət üçün şəraiti formalaşdırmaq məqsədilə yaradılıb.

Son xəbərlər

Orphus sistemi